AZ

Gedişhaqqı məsafəyə görə tənzimlənə bilərmi? – AÇIQLAMA - VİDEO

Cəmi 1 dayanacaq gedən də 70 qəpik ödəyir, həmçinin son dayanacağa.. Məsafədən asılı olmayaraq eyni ödənişi ödəyirlər...

Avtosfer.az xəbər verir ki, söhbət paytaxt ərazisində, həmçinin qəsəbələrarası fəaliyyət göstərən avtobuslardan gedir.

Avtobus sürücüləri isə deyirlər ki, tənzimlənən qiyməti dəyişmək mümkün deyil.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, məsafəyə görə ödənişlərin tətbiq edilməsi üçün xüsusi infrastruktur qurulmalıdır.

Qurumdan o da bildirildi ki, hazırda gedişhaqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülməkdədir.

Daha ətraflı videomaterialda.

Seçilən
6
7
avtosfer.az

10Mənbələr