AZ

Millimizin rəqiblərindən məhsuldar heç-heçə, Türkiyədən qələbə

UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turu davam edir.

Rekord.az verir ki, bu gün daha 8 matç keçirilib.

Türkiyə yığması evdə Monteneqro ilə üz-üzə gəlib. Matç "ay-ulduzlular"ın minimal hesablı qələbəsi ilə yekunlaşıb. 

Almaniya səfərdə Bosniya və Hersoqovinadan üstün olub. Qrupun digər oyununda Niderland Macarıstan səfərində xal itirib. 

Qonşu Gürcüstanın yığması isə Ukraynaya məğlub olub.

Azərbaycan yığmasının yer aldığı C Liqasının 1-ci qrupunun digər oyununda Slovakiya və İsveç milliləri məhsuldar heç-heçəyə imza atıblar. 

UEFA Millətlər Liqası
3-cü tur

11 oktyabr

A Liqası, 3-cü qrup

Macarıstan – Niderland 1:1
Qollar: Sallai, 32 – Dumfris, 83.

Bosniya və Herseqovina – Almaniya 1:2
Qollar: Dzeko, 71 – Undav, 30; 36.

Xallar: Almaniya – 7. Niderland – 5. Macarıstan – 2. Bosniya və Herseqovina – 1.

B Liqası, 1-ci qrup

Ukrayna – Gürcüstan 1:0
Qol: Mudrik, 35.

Çexiya – Albaniya 2:0
Qollar: Çori, 3; 63.

Xallar: Gürcüstan – 6. Çexiya – 6. Albaniya – 3. Ukrayna - 3.

B Liqası, 4-cü qrup

Türkiyə – Monteneqro 1:0
Qol: İ.C.Kahveci, 69.

İslandiya - Uels 2:2
Qollar: Tomasson, 69. Uord, 72-öz qapısına – B.Conson, 11. H.Uilson, 29.

Xallar: Türkiyə – 7. Uels – 5. İslandiya – 4. Monteneqro - 0.

C Liqası, 1-ci qrup

Estoniya – Azərbaycan 3:1
Qollar: Yakovlev, 32. Sinyavski, 45+2. Şeyn, 71 – T.Bayramov, 45+1.

Slovakiya – İsveç 2:2
Qollar: Streleç, 45; 72 – Ayari, 25. Sema, 32.

Xallar: İsveç – 7. Slovakiya – 7. Estoniya – 3. Azərbaycan – 0. 

Seçilən
10
6
rekord.az

10Mənbələr