AZ

Çimərlik voleybolu üzrə təmsilçilərimiz 1/4 finalda

Çimərlik

Çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunda (Beach Volley European Cup) mübarizə aparan “Azərreyl” klubunun qadın və kişi komandaları qrup mərhələsini lider olaraq başa vurublar.

Hər iki təmsilçimiz 1/4 finala yüksəlib.

Fransanın Montpelye şəhərində təşkil olunan yarışın qrup mərhələsinin son görüşlərində komandarımız asan qələbə qazanıblar. Sloveniya idmançıları ilə oyunlar 2:0 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, pley-off matçları sabah keçiriləcək. Qrup mərhələsinin oyunları başa çatdıqdan sonra komandalarımızın rəqibləri bəlli olacaq.

Avropa Kuboku

11 oktyabr

Qadınlar

“Azərreyl” - “BVC Ludus” (Sloveniya) - 2:0 (21:18, 21:13)

“Azərreyl” - “BVC Ludus” (Sloveniya) - 2:0 (21:16, 21:19)

Kişilər

“Azərreyl”- “BVC Ludus” (Sloveniya) - 2:0 (21:17, 21:17)

“Azərreyl” - “BVC Ludus” (Sloveniya) - 2:0 (21:16, 21:8)

Seçilən
7
4
xalqcebhesi.az

5Mənbələr