AZ

Motosiklet məscidə çırpıldı, ölən var

Sumqayıtda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, dünən saat 14 radələrində Allahverdiyev Eldəniz Elşad oğlunun idarə etdiyi və dövlət qeydiyyat nişanı olmayan “Zontes-Sport” markalı motosiklet qəzaya düşüb.

Motosiklet Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən, Hacıbala Salayev küçəsində Corat məscidinin divarına çırpılıb. Nəticədə E.Allahverdiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt ŞPİ-nin İŞ-də cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

Seçilən
15
2
qafqazinfo.az

5Mənbələr