AZ

Putinlə Pezeşkian arasında ilk görüş - AŞQABAD DANIŞIQLARINDA NƏLƏR MÜZAKİRƏ OLUNUB?

İran Prezidenti Masud Pezeşkian və rusiyalı həmkarı Vladimir Putin Aşqabadda keçirilən görüşdə neft-qaz və enerji sahələrində birgə layihələrin həyata keçirilməsinə əlavə stimul verməyə razılaşıblar.

TASS xəbər verir ki, bu barədə İslam Respublikası başçısının mətbuat xidməti məlumat yayıb.

“Rusiya Prezidenti ilə danışıqlarımız oldu. Onlar təxminən bir saat davam etdi. Söhbət yenidən Rusiya ilə bağladığımız sazişlər və müqavilələrdən getdi. Bizim konstruktiv qarşılıqlı əlaqəmiz var. Biz qaz, yol və dəmir yolu tikintisi, suyun şirinləşdirilməsi və enerji, neft-kimya, elektrik təchizatı sahələrində digər layihələrin həyata keçirilməsini sürətləndirməyə razılaşdıq”, – Pezeşkian söyləyib.

İranın dövlət başçısı əlavə edib ki, Tehran İslam Respublikasının qonşuları ilə bütün razılaşmaların yerinə yetirilməsi sayəsində “sanksiyaların mənfi təsirini əhəmiyyətli dərəcədə azalda biləcək”.

Ölkə başçıları, həmçinin, Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Xatırladaq ki, Putin və Pezeşkianın danışıqları Türkmənistanın paytaxtı Aşqabadda “Zamanlar və sivilizasiyaların qarşılıqlı əlaqəsi – sülh və inkişafın əsasıdır” beynəlxalq forumu çərçivəsində keçirilib.

Seçilən
7
12
korrespondent.az

10Mənbələr