AZ

Motosiklet məscidə çırpıldı - Ölən var

Sumqayıtda ağır yol qəzası baş verib.

 

Sfera.az xəbər verir ki, dünən saat 14 radələrində Allahverdiyev Eldəniz Elşad oğlunun idarə etdiyi və dövlət qeydiyyat nişanı olmayan “Zontes-Sport” markalı motosiklet qəzaya düşüb.

 

Motosiklet 6-cı mikrorayon ərazisində yerləşən Hacıbala Salayev küçəsində Corat məscidinin divarına çırpılıb. Nəticədə E.Allahverdiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Sumqayıt ŞPİ-nin İŞ-də cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

Seçilən
10
1
sfera.az

6Mənbələr