AZ

Karbon artımı itkiləri də yüksəldir

Vanuatunun iqlim dəyişikliyi və uyğunlaşma üzrə naziri Con Salonq Bakıda Pre-COP29-un ikinci günü çərçivəsində keçirilən iqlim və inkişaf üzrə nazirlərin görüşündə bildirib ki, uyğunlaşma fəaliyyətinin sürətləndirilməsi iqlim dəyişikliyinə ən həssas olan ölkələr, xüsusən də kiçik ada dövlətləri və ən az inkişaf etmiş ölkələr üçün vacibdir.

Onun sözlərinə görə, dünya birliyi uçurumun astanasındadır və bu, yeni reallıqlara uyğunlaşmanı daha da vacib edir: “Əlavə maliyyə uyğunlaşması olmadan irəliyə doğru atılan bir addım ölkələrimiz üçün iqlimlə bağlı geri dönüşü olmayan ziyan və itkilərə səbəb olur. Söhbət mövcud olmaq üçün vasitələr, mədəni identiklik və əslində, öz həyatımızdan gedir”.

C.Salonq Azərbaycana COP29-da sədrliyi çərçivəsində fəallığa görə təşəkkür edib və tərəfləri iqlimin maliyyələşdirilməsini artırmağa çağırıb: “Mən sizi həll yollarına diqqət yetirməyə, öhdəliklər və real fəaliyyət arasındakı fərqi aradan qaldırmağa çağırıram. Ölkələrimizdə uyğunlaşmanın maliyyələşdirilməsində daha səmərəli irəliləyiş əldə etməyə imkan verəcək islahatların həyata keçirilməsinin vaxtı çatıb”.

Seçilən
22
xalqqazeti.az

1Mənbələr