AZ

“Payız turniri”nin qalibləri mükafatlandırılıb

Bakı. Trend:

AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgətəşkilatçılığı ilə eşitmə məhdudiyyətli əlillər arasında futzalüzrə ənənəvi “Payız turniri”nə yekun vurulub.

Trendİdman.biz-əistinadən xəbər verir ki, Bakı İdman Sarayında təşkil edilənyarışın qalibi “Azəri” komandası olub.

“Ümid” ikinci, “Bakı” isə üçüncü yeri tutub. Turnirin sonundakomandalar mükafatlandırılıblar.

Həmçinin fərdi mükafatlar da təqdim edilib. Elvin Şeydəbəyov(“Azəri”) 11 qolla yarışın ən məhsuldar oyunçusu olub. Onun komandayoldaşı Yusif Əzimzadə ən yaxşı qapıçı seçilib. Turnirin ən yaxşıfutbolçusu adına isə Amil Sadıqov (“Ümid”) layiq görülüb.

“Payız turniri”nin son iki günündə qeydə alınan nəticələridiqqətinizə çatdırırıq:

Zirvə - Bakı – 1:7
Şimşək - Azəri – 1:11
Ümid – Zirvə - 13:0
Bakı – Şimşək – 4:1
Ümid – Bakı – 5:1
Azəri - Zirvə - 12:0
Şimşək – Ümid – 2:7

Seçilən
12
13
az.trend.az

10Mənbələr