AZ

Situasiya dəyişdi: Kiyevdə Rusiya üçün faydalı danışıqlar gedir

Ukrayna gələcəkdə ərazilərin qaytarılması ilə bağlı barışmaz mövqeyindən əl çəkə bilər, çünki münaqişənin həllinə dair gələcək razılaşma Rusiya da daxil olmaqla, “faydalı olmalıdır”.

Publika.az xəbər verir ki, bu barədə Almaniyanın "Spiegel" nəşri yüksək vəzifəli Kiyev məmuruna istinadən yazıb.

“Biz inanırdıq ki, qələbə Rusiyanın qeyd-şərtsiz təslim olması olmalıdır. Lakin güzəştlər olmadan bu mümkün olmayacaq. Müqavilə Rusiya üçün də faydalı olmalıdır”, - deyə o vurğulayıb.

Ukraynanın yüksək rütbəli dairələrində adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, Qərbin Kiyevə dəstəyi bundan sonra azalacaq.

Xatırladaq ki, bundan əvvəl biznesmen və ən böyük fayl hostinq xidməti "Megaupload"un keçmiş sahibi Kim Dotkom Ukraynanın Rusiya ilə münaqişədə artıq uduzduğunu bildirmişdi.

Seçilən
15
50
publika.az

10Mənbələr