AZ

Dünyanın ən yaraşıqlı kişisi seçildi - Fotolar

Britaniyalı aktyor Aaron Teylor-Conson dünyanın ən yaraşıqlı kişisi seçilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, aparılan araşdırmalarda aktyorun üz cizgilərinin qədim yunanların “qızıl nisbət”  kimi tanınan gözəllik standartlarına əsasən, 93% mükəmməl olduğu bildirilib. Nəticədə 34 yaşlı “Qızıl qlobus” mükafatlı aktyor birinci yeri tutub.

Qeyd edək ki, “qızıl nisbət” metodu sayəsində məşhur britaniyalı plastik cərrah və öz klinikasının sahibi Culian De Silva hər il məşhur kişi və qadınlar arasında ideal simaların reytinqini tərtib edir.

Xatırladaq ki, o, beş il əvvəl Bella Hadidi ən gözəl qadın kimi tanımışdı.






Seçilən
29
1
qafqazinfo.az

2Mənbələr