AZ

“Böyük Dəbilqə”: 2 cüdoçumuz 1/4 finalda

Abu-Dabidə (BƏƏ) cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir.

Fanat.Az xəbər verir ki, ikinci yarış günündə artıq 3 Azərbaycan idmançısı tatamiyə çıxıb.

73 kq çəkidə Rəşid Məmmədəliyev startda Bruno Bermeo (Ekvador) üzərində qələbə qazanıb, daha sonra Xulio Sezar Kodanı (Braziliya) üstələyərək 1/4 finala yüksəlib.

Bu çəkidəki digər cüdoçumuz Nəriman Mirzəyev isə Tatsuki İşiharaya (Yaponiya) məğlub olub.

81 kq çəki dərəcəsində isə Zelim Tçkayev Botond Tot (Macarıstan) yarışa üzərində qələbə ilə başlayıb. O, 1/4 finalda Adrian Sultsa (Rumıniya) ilə üz-üzə gələcək.

Mübarizəyə ikinci mərhələdən başlayacaq Ömər Rəcəbli 1/8 finalda Viçenzo Peliqra (İtaliya) - Ruslan Musayev (Qazaxıstan) cütünün qalibi ilə güləşəcək.

Qeyd edək ki, turnirin ilk günündə Açelya Toprak (57kq) bürünc medal qazanıb.

Seçilən
17
fanat.az

1Mənbələr