AZ

Müdafiə naziri: “Hərbi gücümüzün və döyüş imkanımızın artırılması, eləcə də peşəkar kadr hazırlığı başlıca məqsədimizdir”

Bu gün Müdafiə Nazirliyində keçirilən xidməti müşavirədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları çatdırıb.

“Poliqon” xəbər verir ki, Ali Baş Komandanın yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında və digər çıxışlarında səsləndirdiyi fikirləri müşavirə iştirakçılarının diqqətinə çatdıran müdafiə naziri hərbi gücümüzün və döyüş imkanımızın artırılmasının, eləcə də peşəkar kadr hazırlığının başlıca məqsədimiz olduğunu xüsusi vurğulayıb. Nazir qoşunların xidməti-döyüş fəaliyyətində dövlət başçısının fikirlərindən irəli gələn tapşırıqların icrasının daim diqqət mərkəzində saxlanmasının əhəmiyyətini qeyd edib.

Müşavirədə şərti sərhəddə əməliyyat şəraiti və qoşunlarda bölmələrin gündəlik fəaliyyəti təhlil edilib, mövcud vəziyyətlə bağlı məruzələr dinlənilib.

Müdafiə naziri qoşunların döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, ayıq-sayıqlığın artırılması, eləcə də revanşist qüvvələrin şərti sərhəddə ehtimal olunan bütün təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmaqla bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verib.

Seçilən
15
9
poliqon.az

10Mənbələr