AZ

Coel Matip karyerasını başa vurdu

"Liverpul"un sabiq müdafiəçisi Coel Matip karyerasını başa vurub.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə mersisaydlıların rəsmi saytı məlumat yayıb.

Ötən yay kamerunlu futbolçunun ingilis klubu ilə müqaviləsi başa çatıb. Həmin andan Matip komandasız qaldı.

33 yaşlı müdafiəçi 2016-cı ilin yayında "Şalke"dən "Liverpul"a keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 201 matçda iştirak edib, 11 qol vurub və 6 məhsuldar ötürmə edib. Əvvəllər kamerunlu  oyunçu "Şalke"də çıxış edib, onun üçün bütün yarışlarda 258 oyun keçirib, burada 23 qol vurub və 14 məhsuldar ötürmə edib.

Seçilən
13
90deqiqe.az

1Mənbələr