AZ

Arvadını, 4 uşağını və özünü öldürdü - Türkiyədə ailə faciəsi » AzadMedia.az


Türkiyədə ailə faciəsi baş verib. Kişi bütün ailə üzvlərini öldürüb.

Hadisə Qaziantep şəhərinin Şahinbey rayonunda qeydə alınıb.

İddiaya görə, məhəllədə bərbər işləyən Əhməd Dəmir 30 yaşlı həyat yoldaşı Əminə Dəmiri, 5 yaşlı qızı Azranı, 4 yaşlı oğlu Yusuf Eymeni, 11 yaşlı qızı Mədinəni və 6 yaşlı qızı Edanur Dəmiri silahla öldürüb. 

Məlumata görə, kişi daha sonra eyni silahla intihar edib. 

Hadisə yerinə çox sayda polis və tibbi qruplar cəlb edilib.
Seçilən
9
13
azadmedia.az

10Mənbələr