AZ

Milli Məclisin deputatları Yevlaxda seçicilərlə görüşlər keçiriblər -FOTO

Milli Məclisin deputatları - Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli və Milli Məclisin Səhiyyə Komitəsinin və  Ailə, qadın və uşaq məsələləri Komitəsinin üzvü İlham Məmmədov 2024-cü ilin oktyabr ayının vətəndaş qəbulu cədvəlinə uyğun olaraq, YAP Yevlax Rayon Təşkilatının inzibati binasında seçicilərlə görüş keçirib.

Milli Məclisin deputatları Əli Hüseynli, İlham Məmmədov və YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev əvvəlcə Şəhidlər xiyabanını ziyarət edərək, Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin məzarı önünə gül dəstələri düzərək, əziz xatirələrini dərin ehtiram hissi ilə yad ediblər. Sonra deputatlar YAP Yevlax Rayon Təşkilatının inzibatı binasında seçicilərlə görüş keçirib. Görüşdə seçicilər yaşadıqları ərazilərdə sosial problemlərlə yanaşı, həmçinin şəxsi məsələrinin həlli istiqamətində müvafiq köməklik göstərilməsi üçün müraciət ediblər. Müraciətlərin bir qismi aidiyyəti qurumlarla birlikdə yerində həll edilib. Digər müraciətlər isə nəzarətə götürülüb və  həll olunması üçün müvafiq tədbirlərin görüləcəyi barədə seçicilərə məlumat verilib.

Görüş çərçivəsində Milli Məclisin deputatları diqqətə çatdırıblar ki, Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin ali rəhbərliyi ilə saysız-hesabsız uğurlara imza atmaqdadır. Məhz bu uğurlu siyasət kursu bizim sabit və firavan gələcəyimizi təmin etməkdədir. Vətəndaşlara xüsusi diqqət və qayğı göstərmək, onların sosial rifah halının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan bu gün ərazi bütövlüyü tam şəkildə təmin olunmuş və sarsılmaz dövlətdir. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin düzgün və məqsədyönlü siyasəti və ölkədəki güclü xalq-iqtidar birliyi bizim gələcəkdə də bir çox nailiyyətlərə şahidlik edəcəyimizi təsdiq edən ən vacib amildir.

Vətəndaşlar ümumilikdə göstərilən diqqət və qayğıya, Azərbaycanda həyata keçirilən güclü siyasət kursuna görə Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə və Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyasının Sədr müavini hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq hissini ifadə ediblər.

Seçilən
28
1
ikisahil.az

2Mənbələr