AZ

Təmsilçilərimizin 1/4 finaldakı rəqibləri bəlli oldu

Çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunda (Beach Volley European Cup) mübarizə aparan “Azərreyl” klubunun qadın və kişi komandaları qrup mərhələsini lider olaraq başa vurublar.

Futbolinfo.az xəbər verir ki, hər iki təmsilçimiz 1/4 finala yüksəlib.

Fransanın Monpelye şəhərində təşkil olunan yarışın qrup mərhələsinin son görüşlərində komandarımız asan qələbə qazanıblar. Sloveniya idmançıları ilə oyunlar 2:0 hesabı ilə yekunlaşıb.

Qadınlar
“Azərreyl” – “BVC Ludus” (Sloveniya) – 2:0 (21:18, 21:13)
“Azərreyl” – “BVC Ludus” (Sloveniya) – 2:0 (21:16, 21:19)

Kişilər
“Azərreyl”- “BVC Ludus” (Sloveniya) – 2:0 (21:17, 21:17)
“Azərreyl” – “BVC Ludus” (Sloveniya) – 2:0 (21:16, 21:8)

“Azərreyl”in qadın komandası 1/4 finalda Türkiyə təmsilçisi “TVF Spor Lisesi” ilə qarşılaşacaq.

“Azərreyl”in kişilərdən ibarət komandası isə Ukraynanın “Sunrise Beach Sports Academy” klubu ilə üz-üzə gələcək.

1/4 final oyunları bu gün keçiriləcək.

Seçilən
5
4
futbolinfo.az

5Mənbələr