AZ

"Mən İsrailə səslənirəm: günahsız insanları öldürməyə son verin" - Məsud Pezeşkian

"'İsrail bütün bunları ona görə törədir ki, ona ABŞ və Avropa İttifaqı dəstək verir..."
 
Dünən Türkmənistanın paytaxtı Aşxabadda "Zamanların və sivilizasiyaların qarşılıqlı əlaqəsi sülh və inkişafın əsasıdır" adlı forum öz işinə başlayıb. Tədbir türkmən şairi Məxtumqulu  Fəraqinin anadan olmasının 300 illiyinə həsr edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Radio Azatlık" məlumat yayıb.
 
Forum çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Məsud Pezeşkian arasında görüş keçirilib.
 
Prezidentlər ikitərəfli münasibətləri və Yaxın Şərqdə vəziyyəti müzakirə edib. Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, dövlət başçıları arasında ciddi söhbət olub. Bu, Putinin İranın yeni prezidenti ilə ilk görüşüdür. 
 
CNN telekanalı məlumat verib ki, danışıqlar İran və Rusiya arasında sıx hərbi əlaqələr fonunda keçirilir. Moskva və Tehran regionda faktiki olaraq hərbi alyans yaradır.
 
"Biz beynəlxalq aləmdə fəal şəkildə qarşılıqlı əlaqədəyik, bizim dünyada baş verən hadisələrə verdiyimiz qiymət çox zaman bir-birinə kifayət qədər yaxındır", - Putin bəyan edib.
 
Pezeşkian cavabında vurğulayıb ki, Rusiya və İranın "çox böyük imkanları var" və bu ölkələr bir-birinə yardım etməlidir.
 
"İslam inqilabının mənəvi liderinin iradəsini nəzərə alaraq bizim münasibətlərimiz günü-gündən yaxşılaşmalı və möhkəmlənməlidir", - İran prezidenti deyib.
 
Görüşün kuluarlarında Pezeşkian rusiyalı jurnalistlə söhbətində yəhudi dövlətinə müraciət edib, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
"Mən İsrailə demək istərdim: günahsız insanları öldürməyə son verin. Yaşayış evlərini bombalamağa son verin", - o, bəyan edib.
 
İran prezidenti əlavə edib ki, İsrail bütün bunları ona görə edir ki, ona ABŞ və Avropa İttifaqı dəstək göstərir. 
 
Putin və Pezeşkian oktyabrın 22-24-də Kazanda keçiriləcək BRIKS samitində yenidən görüşməyi planlaşdırır. 
 
Gözlənilir ki, bu ay tərəflər strateji tərəfdaşlıq haqqında müqavilə imzalayacaq. Belə müqavilə yayda Moskva və Pxenyan arasında da imzalanıb.
Seçilən
20
moderator.az

1Mənbələr