AZ

U-21 Şimali İrlandiyada böyük hesabla uduzdu

Əsas yığmanın ardından bu gün 21 yaşadək futbolçulardan ibarət milli növbəti sınağına çıxıb.

Fanat.Az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv Avropa çempionatının seçmə oyunu çərçivəsində Şimali İrlandiyanın qonağı olub. 

U-21 səfərdə rəqibinə müqavimət göstərə bilməyərək darmadağına məruz qalıb - 0:5.

Qeyd edək ki, U-21 növbəti oyununu oktyabrın 15-də Bristolda İngiltərə seçməsinə qarşı keçirəcək. Həmin oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. 

Millimiz 9 oyundan sonra 3 xalla qrup sonuncusudur.

AÇ-2025
F qrupu
12 oktyabr 

Şimali İrlandiya (U-21) - Azərbaycan (U-21) 5:0
Qollar: 
Karlayl Allen, 11-pen. Cey Cey Makiernan, 56. Patrik Kelli, 64. Castin Devenni, 68. Rüstəm Samiqullin, 81-öz qapısına.
Hakimlər: Heyni Vidoy, Dan Heyqor, Yan Hermansen, Byarki Danielsen (hamısı Farer adaları).
Ballimina. "Şouqraunds".  

Şimali İrlandiya: 1.Stefen Makmullan, 2.Karl Conston (K), 3.Şon Stüart, 4.Aaron Donnelli, 6.Castin Devenni, 7.karlayl Allen, 8.Patrik Kelli, 9.Deyl Teylor, 10.Cey Cey Makiernan, 14.Timmi Foqarti, 21.Ruairi Makkonvill
Ehtiyat oyunçular: 12.Coş Klark, 11.Terri Devlin, 15.Ceymi Makdonell, 16.Dilan Sloan, 17.Makenzi Kirk, 18.Darren Robinson, 19.Metyu Lusti, 20.Şea Kearnei, 22.Coşua Briqqs
Baş məşqçi: Tommi Rayt
Azərbaycan: 1.Rüstəm Samiqullin, 3.Rüfət Abbasov, 4.Cəlal Hüseynov (k), 5.Mahir Həsənov, 9.Musa Qurbanlı, 10.Samir Abdullayev, 13.Emil Səfərov, 14.Rauf Rüstəmli, 15.Süleyman Damadayev, 16.Qurban Səfərv, 17.Murad Vəliyev
Ehtiyat oyunçular: 12.Xəyal Füyzullayev, 2.Abdulla Rzayev, 7.Xəyal Əliyev, 8.Fərid Yusifli, 18.Ağadadaş Səlyanski, 19.Nəriman Axundzadə, 20.Mirəli Əhmədov, 21.Emin Restəmov, 23.Şahin Şahniyarov
Baş məşqçi: Samir Əliyev

Seçilən
15
4
fanat.az

5Mənbələr