AZ

Zelim Tçkayev “Böyük Dəbilqə”də qızıl medal qazandı

Azərbaycan cüdoçusu Zelim Tçkayev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirinin qalibi olub.

Arena.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın daha dörd idmançısı tatamiyə çıxıb.

73 kq-da mübarizə aparan Rəşid Məmmədəliyev startda Bruno Bermeo (Ekvador) üzərində qələbəyə sevinib. O, daha sonra Braziliya idmançısı Xulio Sezar Kodaya qalib gələrək 1/4 finala yüksəlib. Rəşid bu mərhələdə Karen Qalstyana (İJF) uduzduğundan təsəlliverici görüşə qatılıb. Məmmədəliyev Baysanqur Baqayevi (Serbiya) məğlub edərək, bürünc medal uğrunda güləşmək hüququ qazanlb. Onun rəqibi yaponiyalı Tatsuki İşihara olub. Asiyalı cüdoçu qalib gəldiyindən Məmmədəliyev bu yarışda 5-ci yeri tutub.

Bu çəki dərəcəsəindəki digər təmsilçimiz Nəriman Mirzəyev Tatsuki İşiharaya (Yaponiya) məğlub olub.

81 kq-da çıxış edən Zelim Tçkayev yarışa Botond Tot (Macarıstan) üzərində qələbə ilə başlayıb. O, ardınca Adrian Sultsa (Rumıniya) və Dmitri Qoçilaidzeni (Gürcüstan) də məğlub edərək finala yüksəlib. Tçkayev həlledici görüşdə Zaur Dvalaşvili (Gürcüstan) ilə üz-üzə gəlib. Azərbaycan cüdoçusu qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Bu çəki dərəcəsində mübarizə aparan Ömər Rəcəbli 1/8 finalda Vinçentso Peliqraya (İtaliya) qalib gəlsə də, ardınca Davit Karapetyana (İJF) uduzub. O, təsəlliverici görüşdə də Nuqzari Tatalaşviliyə (Gürcüstan) məğlub olub və yarışı medalsız başa vurub.

Xatırladaq ki, “Böyük Dəbilq”ə turnirin ilk günündə Açelya Toprak (57kq) bürünc medal qazanmışdı.

Seçilən
19
1
arena.az

5Mənbələr