Bu gün 21 yaşadək futbolçulardan ibarət milli növbəti sınağına çıxıb.
"Operativ Media" xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv Avropa çempionatının seçmə oyunu çərçivəsində Şimali İrlandiyanın qonağı olub.
U-21 səfərdə rəqibinə müqavimət göstərə bilməyərək darmadağına məruz qalıb - 0:5.
Qeyd edək ki, U-21 növbəti oyununu oktyabrın 15-də Bristolda İngiltərə seçməsinə qarşı keçirəcək. Həmin oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Millimiz 9 oyundan sonra 3 xalla qrup sonuncusudur.