AZ

Karyerasını başa vurdu

Joel Matip yaşlı meydanı birdəfəlik tərk edib.

O, karyerasını başa vurub. “Şalke-04” və “Liverpul”un sabiq müdafiəçisi yaydan indiyədək klubsuz idi. Onun İngiltərə klubu ilə müqaviləsi iyunun 30-da qüvvədən düşmüşdü. Başqa klubla müqavilə imzalamayan Joel futbolçu həyatına son qoymağı lazım bilib.

Matip “Liverpul”un formasında İngiltərə premyer-liqasının, ölkə kubokunun, Liqa kubokunun, ölkə superkubokunun və Çempionlar Liqasının qalibi olub.

Seçilən
23
football-plus.az

1Mənbələr