AZ

Kopırkin Gümrü bazasına getdi, rus sərhədçilərlə də görüşdü

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 102-ci hərbi bazasında olub.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, səfir Rusiya Federasiyası FTX-nin Sərhəd İdarəsinin Leninakan dəstəsinin dislokasiyasına da baş çəkib və həmçinin Gümrü şəhərində Rusiya universitetlərinin “Rusiyada təhsil: Gümrü 2024” sərgisinin açılışında iştirak edib.

Qeyd edək ki, Rusiya sərhədçilərinin Ermənistan-İran və Ermənistan-Rusiya sərhədindən 1 yanvar 2025-ci ilə qədər geri çəkiləcəyi, həmçinin Zəngəzur dəhlizinə görə onların bu ərazidə yerləşəcəyi xəbərləri fonunda Kopırkinin səfəri diqqət çəkib.

Seçilən
13
2
axar.az

3Mənbələr