AZ

Rusiyada yanacaqdoldurma məntəqəsində partlayış: 4 nəfər ölüb

Rusiyada yanacaqdoldurma məntəqəsində partlayış: 4 nəfər ölüb

Çeçenistanın paytaxtı Qroznıda axşam saatlarında yanacaqdoldurma məntəqəsində baş verən partlayışda 2-si uşaq olmaqla 4 nəfər ölüb.Yaralılar ətrafdakı xəstəxanalara aparılarkən, partlayış nəticəsində obyektdən uçan parçalar çox sayda ev və avtomobilə ziyan vurub.Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə, partlayış stansiyanın anbarında yaranan sıxışma səbəbindən baş verib.Partlayışdan sonra 900 kvadratmetr əraziyə yayılan yanğın əraziyə ezam olunmuş yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb.Qroznı Baş Prokurorluğu hadisə ilə bağlı araşdırma başlandığını açıqlayıb.Mənbə: İHA

Seçilən
9
8
afn.az

9Mənbələr