AZ

Ronaldinyo bu klubun səhmdarı oldu

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo ABŞ üçüncü divizionunda çıxış edən "Qrinvil Triumf"un səhmdarına çevrilib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

44 yaşlı braziliyalı əfsanənin investorlar qrupuna daxil edilməsi ilə bağlı sövdələşmə oktyabrın 9-da Nyu-York birjasında rəsmiləşib.

Qeyd edək ki, 19 oyundan sonra "Qrinvil" 31 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.


Seçilən
17
1
news24.az

2Mənbələr