AZ

Müharibənin xəritəsi: Suriyada marağı olan qüvvələrin yeni qarşıdurmaya hazırlığı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Baku TV-nin "Hərbi Xronika" rubrikasının yeni buraxılışı yayımlanıb.
Budəfəki buraxılışda aparıcı, müəllif və hərbi jurnalist Fərdin İsazadə Suriyaya marağı olan qüvvələrin yeni qarşıdurmaya hazırlığından bəhs edib.
O bildirib ki, İsrail ordusu Livanın cənubunda yerüstü əməliyyatlara başlayıb. Hətta Livanın sərhədyanı Marun ər-Ras yaşayış məntəqəsinə bayraq da sancıb. Ümumilikdə İsrail ordusu Livan sərhədini 8 xətt üzrə keçib:
"Bu hal "Hizbullah"ın döyüşlərə hazır olduğundan və təşkilatın idarəetməsinin yüksək rütbəli komandirlərdən asılı olmadığından xəbər verir".
Onun sözlərinə görə, İsrail üçün "Hizbullah" təhdidini aradan qaldırmağın bir yolu var: quru əməliyyatlarını Livan və Suriya ərazilərinə qədər genişləndirmək. Bu isə öz növbəsində genişmiqyaslı və nəticələri bəlli olmayan regional müharibə deməkdir.
Əlavə olunub ki, bölgəyə hərbi-siyasi marağı olan digər ölkə - İran İslam Respublikası və ona loyal olan qüvvələr də boş oturmur:
"Suriya mənbələrinin məlumatına əsasən, İran milisinin bir qismi rusiyalılardan fərqli olaraq Hələbdən üzü Dəməşq istiqamətinə çəkilir. Yəni, üzü Suriya-Livan və Suriya-İsrail sərhədləri istiqamətində. Suriya ərazilərində fəaliyyət göstərən bu qruplar Əsəd rejimi qüvvələrinin əsasını təşkil edir və yüksək döyüş qabiliyyətinə malikdir".
Qeyd olunub ki, Yaxın Şərqin Suriya cəbhəsində maraqlı olan tərəflər İsrailin bu istiqamətdə mümkün əməliyyatlarını nəzərə alaraq öz maraqlarını təmin etmək üçün hərəkətə keçib. Suriya-Livan və Suriya-İsrail sərhədləri istiqamətində döyüş qabiliyyəti nisbətən yüksək olan İrana loyal qüvvələri yerləşdirməklə Rusiya İsraillə birbaşa toqquşmadan uzaqlaşır və Suriyanın mərkəzi ərazilərində yerləşir:
"Bu yerdəyişmə ilə İran da öz növbəsində Türkiyəyə loyal qüvvələrlə üzbəüz Əsəd rejiminə məxsus ordunu qoymuş olur. Bunu deməyə əsas verən Hələbdə və onun ətrafında rejimə məxsus ciddi qüvvətləndirmə işlərinin aparılmasıdır".
Ətraflı süjetdə:
Seçilən
26
oxu.az

1Mənbələr