AZ

Gimnastlarımız Zaqrebdə 4 medal qazandı

Oktyabr 10-13-də Xorvatiyanın Zaqreb şəhərində bədii gimnastika üzrə “Aura Cup” beynəlxalq turniri keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan gimnastları yarışda uğurlu çıxışla yadda qalıblar.

Nur Sadıqova yeniyetmələrin mübarizəsində 3 medal qazanıb. O, çoxnövçülük, top və halqada gümüşə sahib çıxıb. Sofiya Məmmədova isə gənclərin yarışında çoxnövçülükdə 2-ci yeri tutub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
4
2
bizim.media

3Mənbələr