Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.
Trend Vətənmüharibəsinin oktyabrın 12-nə olan xronikasını təqdim edir:
- Prezident İlham Əliyev Türkiyənin "Haber Türk" televiziyakanalına müsahibə verib.
- Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi"İnstagram" səhifəsində paylaşım edib.
- Ermənistən silahlı qüvvələri Goranboy, Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutub. Ağcəbədi rayonunun ərazisi atəşə tutulub.
- Düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib.
- Ermənilər Ağdamın kəndlərini artilleriya və raketdən atəşə tutub.
- 2020-ci il sentyabrın 27-dən oktyabrın 13-ə qədər Ermənistansilahlı qüvvəllərinin yaşayış məntəqələrini atəşə tutmasınəticəsində 42 dinc sakin ölüb.
- Müdafiə Nazirliyi işğaldan azad olunan Hadrut qəsəbəsinin videogörüntülərini yayıb.