AZ

Alman hərbçilərinə rus və belaruslarla tədbirlərdə iştirak etmək qadağan edilib

...Yaydan Almaniyanın Müdafiə Nazirliyi hərbçilərinə Rusiya və Belarusdan olan həmkarları da daxil olmaqla, Beynəlxalq Hərbi İdman Şurasının tədbirlərində iştirakını qadağan edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Beynəlxalq Hərbi İdman Şurası Rusiyanı öz sıralarından kənarda qoymayıb deyə, onun yarışlarında ölkə nümayəndələri iştirak edə bilərlər. Bu qərar Rusiya və Almaniyadan olan hərbçilərin birlikdə göstərildiyi iddia edilən fotoşəkillərdən sonra verilib.

Vəziyyəti şərh edən Almaniya hərbi idarəsinin nümayəndəsi qəzetə bildirib ki, guya fotoşəkillər haqqında məlumat olandan sonra nazirlik dərhal reaksiya verib və hadisəni məsul rəhbərlərlə müzakirə edib.

Beynəlxalq Hərbi İdman Şurası müsabiqəsində iştirak edən Bundesver hərbi qulluqçuları ilə izahat işi aparılıb. Belə fotoların qəbuledilməz olduğu açıqlanıb.

Bu idarədən bildirilib.

...Bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiya prezidenti Vladimir Putinin Rusiyanın nüvə doktrinasının dəyişdirilməsi ilə bağlı bəyanatına cavab verib. Pistorus bunu şərh etməyə ehtiyac olmadığını deyib. O əlavə edib ki, Putinin qərarı Almaniyanın xarici siyasətinə heç bir şəkildə təsir etməyəcək.

Əli Babayev

Seçilən
28
sia.az

1Mənbələr