AZ

BRİKS hərbi ittifaq olur? - Rusiya XİN-i açıqladı

"BRİKS assosiasiyası heç vaxt hərbi ittifaq olmayıb və olmayacaq".

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilib.

Departament "The Times" qəzetində jurnalist Rocer Boyesin BRİKS-in genişlənməsinin guya NATO-nu narahat etməli olduğunu bildirən məqaləsinə cavab verib.

Nazirlik xatırladıb ki, BRİKS bərabərhüquqlu iştirakçıların dövlətlərarası birliyidir.

"BRIKS tərəfdaşları arasında münasibətlər bərabərlik və qarşılıqlı hörmət, açıqlıq, praqmatizm, həmrəylik və ən əsası bu halda heç kimə qarşı yönəlməmək prinsipləri əsasında qurulub", - XİN-dən bildiriblər.

Departament BRİKS-in münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.


Müəllif: Arzu
Seçilən
19
teleqraf.com

1Mənbələr