Şuşa şəhəri ilə bərabər, ətraf kəndlərdə də tikinti-quruculuq işləri görülür. Daşaltı kəndində inşası aparılan məsciddə tikinti işləri artıq başa çatmaq üzrədir.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.
“Daşaltı kəndi turizm məkanı kimi qurulur. Özəl investorlar tərəfindən təxminən 8 hektarlıq ərazidə layihənin icrasına başlanılıb, burada otel və villa tipli tikintilər aparılacaq. Daha sonra kəndin növbəti inkişaf mərhələsi üçün yeni investorlar cəlb olunacaq”, - deyə o əlavə edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta