“Məktəblərin birində çəkilən " İmamlarımızı tanıyaq " klipinə baxdım , söylənildiyinin əksinə , burda qeyi- adi heç nə yoxdur” TehsilForumu.Az xəbər verir ki, bunu jurnalist, "Şərq" qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı qeyd edib. O, şagirdlərə ilkin dini biliklərin öyrədilməli olduğunu bildirib: “Nə xurafat var , nə qara əbaya bürünən, özünə zəncirlə işgəncə verən məktəbli. Müasir, səliqəli geyinən şagirdlərin 12 imamla bağlı klipi heç kəsdə qıcıq yaratmamalıdır. Əksinə milli - mənəvi dəyərləri qorumaq , sağlam şəkildə gələcəyə ötürmək üçün şagirdlərə ilkin dini bilgilər öyrədilməli , islamın təməl prinsipləri aşılanmalıdır.Bu öyrədilmədikcə, şagirdlərin gələcəyində bu boşluqları məzhəbçilər , xurafatçılar dolduracaq” Son olaraq o,-“İslam Azərbaycanın ideoloji prinsiplərindən biridir, bayrağımızda da əksini tapır.Ona görə, niyə klip çəkilib deyə hay - küyə ehtiyac yoxdur”-deyə bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta