AZ

Ermənilərin Qafqazda ilk abidəsi 1869-cu ildə Bakıda tikilən kilsədir - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.

Bizim.Media xəbər verir ki, "Qərbi Azərbaycanda abidələrin tikilmə tarixi qəsdən saxtalaşdırılıb" adlı buraxılışda AMEA Tarix və Etnologiya İnstitutunun elmi işçisi Faiq İsmayılov Qərbi Azərbaycanda memarlıq abidələrindən, erməni vandalizmindən, xristianlığa qədərki və dini mahiyyət daşıyan abidələrin memarlıq xüsusiyyətlərindən, həmçinin ermənilərin Cənubi Qafqaz ərazisində tikdiyi ilk abidədən söz açıb.

Onun sözlərinə görə, ermənilər xristianlığa qədər tikilən abidələri öz kilsələri kimi təqdim edirlər:

"Qərbi Azərbaycan abidələri xalqımıza aid motivlərlə tikilib. Abidələrin üzərindəki elementlər ermənilərə yad olduğu üçün, onları aradan qaldırdılar. Ermənilər Qərbi Azərbaycanda xeyli sayda karvansara dağıdıblar. Qərbi Azərbaycanda abidələrin tikilmə tarixi qəsdən saxtalaşdırılıb".

O deyib ki, Meğridəki Baba Hacı abidəsi qədim türk inancı və dini mərasimi ilə bağlıdır:

"Qərbi Azərbaycanda xristian və islam abidələri Azərbaycan memarlığı üslubunda tikilib. 1924-cü ildə ermənilər İrəvanı yenidən tikmək adı ilə türk izini siliblər. Alban-türk memarlığında türklərə məxsus elementlər üstünlük təşkil edir. Ermənilər 50 dünya əhəmiyyətli Azərbaycan abidəsini saxtalaşdırıblar. Onlar mağaranı da erməni kilsəsi kimi təqdim ediblər və abidələrin üzərində olan Azərbaycan üslubunu yox etmək üçün partlayışlar təşkil ediblər. Yüzlərlə xristian abidəsini dağıdıblar".

F. İsmayılov sonda vurğulayıb ki, ermənilərin Qafqazda ilk tikdiyi abidə Bakıda 1869-cu ildə inşa olunan kilsədir.

 


Bizim.Media

Seçilən
7
9
bizim.media

10Mənbələr