Livanın cənubunda gedən döyüşlər zamanı İsrail hərbçiləri "Hizbullah" şiə təşkilatının silahlı qüvvələrinin bir üzvünü sağ-salamat əsir götürüblər.
“İki sahil” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Onun sözlərinə görə, hərbçilər binada axtarış aparıblar və radikalın yerləşdiyi təxminən 7,5 m dərinlikdə yeraltı sığınacağa aparan tunelə keçid aşkar ediblər. Uzunmüddətli qalmaq üçün təchiz olunmuş həmin otaqda silah-sursat tapılıb. Ordunun bəyanatına görə, "Hizbullah" döyüşçüsü təslim olub və saxlanılıb, hərbçilər tərəfindən yerindəcə sorğu-sual edilib və daha sonra İsraildə əlavə araşdırma üçün həbsxanaya aparılıb. Bu, İsrail ordusunun Livanda quru əməliyyatına başlamasından bəri "Hizbullah" silahlı birləşmələrinin bir üzvünün ələ keçirilməsi ilə bağlı ilk xəbərdir.