AZ

İsrail ordusu Livanda Hizbullah üzvünü ələ keçirib

Livanın cənubunda gedən döyüşlər zamanı İsrail hərbçiləri Hizbullah şiə təşkilatının silahlı qüvvələrinin bir üzvünü sağ-salamat əsir götürüblər.

APA xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Onun sözlərinə görə, hərbçilər binada axtarış aparıblar və radikalın yerləşdiyi təxminən 7,5 m dərinlikdə yeraltı sığınacağa aparan tunelə keçid aşkar ediblər. Uzunmüddətli qalmaq üçün təchiz olunmuş həmin otaqda silah-sursat tapılıb.

Ordunun bəyanatına görə, Hizbullah döyüşçüsü təslim olub və saxlanılıb, hərbçilər tərəfindən yerindəcə sorğu-sual edilib və daha sonra İsraildə əlavə araşdırma üçün həbsxanaya aparılıb.

Bu, İsrail ordusunun Livanda quru əməliyyatına başlamasından bəri Hizbullah silahlı birləşmələrinin bir üzvünün ələ keçirilməsi ilə bağlı ilk xəbərdir.

"Cebheinfo.az"

Seçilən
5
5
cebheinfo.az

6Mənbələr