AZ

Azərbaycanda toya gedən müğənni və prodüseri ağır qəzaya düşdü - foto

Ucar rayonuna toya gedən müğənni və prodüseri Hacıqabul ərazisində qəzaya düşüb.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı sakini, 1991-ci il təvəllüdlü Şəlalə Əlisar qızı Yağız (Şəlalə Nicat) idarə etdiyi “KİA” markalı avtomobili yoldan çıxararaq aşırıb.

Nəticədə sürücü və avtomobildə olan prodüser Hüseynov İlkin müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, müğənni və onun prodüseri Ucar rayonuna toy şənliyində iştirak etmək üçün gedirlərmiş.

TƏBİB-dən bildirilib ki, qəza zamanı xəsarət almış hər iki şəxsə bədənin küt travması diaqnozu təyin edilib. Onların zəruri tibbi xidmətlər göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
87
49
buta.media

10Mənbələr