AZ

Kazanda gecə klubunda Rusiya himninə görə atışma baş verib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kazanda (Rusiya) karaoke-klubun yaxınlığında ziyarətçi və müəssisə əməkdaşlarının iştirakı ilə atışma baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Arbatmedia" məlumat yayıb.
Hadisə yerinə polis və təcili yardım maşınları gəliblər. Qeyd olunub ki, kişi DJ-dən Rusiya himnini qoymağını istəyib, lakin müəssisənin işçiləri bunu rədd ediblər və bu da davaya səbəb olub.
Münaqişə zamanı ziyarətçi silahını çıxararaq havaya iki atəş açıb. Daha sonra iddiaya görə, müəssisə əməkdaşları silahlarını çıxarıblar.
5-tv.ru saytının məlumatına görə, hadisəni törədən 57 yaşlı yerli sakin 12 dostu ilə karaoke-kluba ad gününü qeyd etməyə gəlibmiş.
Seçilən
13
50
oxu.az

10Mənbələr