AZ

Uşağı olmayanlardan vergi tutula bilər: Ombudsman məsələyə qarışdı

Uşaqsızlıq vergisinin Rusiyaya qaytarılmasının mümkünlüyünü müzakirə edərkən sovet təcrübəsini təhlil etmək lazımdır.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Qeyd edək ki, oktyabrın əvvəlində Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulev SSRİ-dən nümunə götürməyi və uşaqsızlığa görə verginin qaytarılmasını təklif etmişdi. Millət vəkili bu vergidən toplanan vəsaitin ölkədəki uşaq evlərinin müasirləşdirilməsinə yönəldilməsini təklif edib.

"Doğum nisbətini dəstəkləmək üçün belə bir verginin uğurunu qiymətləndirmək üçün mütəxəssisləri cəlb etmək lazımdır" - deyən Kreml sözçüsü vurğulayıb ki, təşəbbüsün hər hansı təfərrüatları hələlik məlum deyil.

“İlk baxışda bu verginin demoqrafik vəziyyətə heç bir təsiri olmayıb”, – Peskov vurğulayıb.

Seçilən
8
publika.az

1Mənbələr