AZ

Nigeriyada Boko Harama qarşı əməliyyat

 

  Nigeriyanın şimal-şərqində Boko Harama qarşı əməliyyatda terror qruplaşmasının üzvü olan 15 nəfər təslim olub.

  Nigeriya ordusu tərəfindən verilən açıqlamada ölkənin Borno əyalətinə bağlı Aquata bölgəsində terrorçu qrupa qarşı əməliyyat keçirildiyi bildirilib. 15 Boko Haram üzvünün təslim olduğu deyilib, terrorçuların sığındığı düşərgənin məhv edildiyi vurğulanıb.

  Qeyd edək ki, Nigeriyada 2000-ci illərin əvvəllərindən bəri fəaliyyət göstərən terror qruplaşmasının 2009-dan bu yana etdiyi kütləvi zorakılıq aktlarında on minlərlə insan həyatını itirib.

  Boko Haram 2015-ci ildən etibarən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar edir.



Seçilən
11
trt.net.tr

1Mənbələr