AZ

Rus ordusunun Ukraynadakı cənub cinahı məhv edilib

Rus

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Selidovo şəhəri ərazisində rus ordusunun irəliləməsini dayandıra bilib.

Reyting.az
xəbər verir ki, Selidovo ətrafında bir çox yaşayış məntəqələri artıq ruslar tərəfindən ələ keçirilsə də, şəhərin yaxınlığında müdafiəni Milli Qvardiyanın “Qara-Dağ”ın 15-ci briqadası uğurla həyata keçirir.

Almaniyalı analitik Julian Repke bildirib ki, burada hər gün yüzlərlə rus əsgəri Ukrayna hərbçilərinə hücum edir və onlar artıq bir neçə dəfə Selidovo ətrafına daxil olublar, lakin hər dəfə geri çəkiliblər: “Məsələn, onlar şəhərin şimal-şərqindəki kömür mədənlərini ələ keçirməyə cəhd ediblər, lakin Ukraynanın BTR-4-ləri döyüşə girərək rus ordusunu qovub”.

Analitik əlavə edib ki, Ukraynada rus ordusunun cənub cinahı tamamilə məhv edilib, şimal cinahı isə təhlükə altındadır.

Məlumata görə, rus ordusu Selidovo şəhərini tutsa, Pokrovski təhlükə altında olacaq. Hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenkonun dediyi kimi, bu halda ruslar cənub istiqamətindən Pokrovska çıxmaq imkanı əldə edəcəklər.

ELÇİN
Seçilən
9
50
reyting.az

10Mənbələr