AZ

“PMD Hospitality”-nin icraçı direktoru Naftalanda olub

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov “PMD Hospitality”-nin baş icraçı direktoru Uygar Kocaşı qəbul edib.

Görüşdə şəhərin turizm potensialından, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Naftalan kurortunun inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin uğurlu icrası və bu sahədə həyata keçirilən tədbirlər nəticəsində şəhər özünün yeni inkişaf dövrünə qədəm qoyduğu vurğulanıb.       

Bu gün Naftalan həm müalicəvi neftinə, həm də müasir turizm infrastrukturuna görə yerli və xarici turistlərin diqqətini daha çox cəlb edən kurort şəhərlərindən birinə çevrilib. Statistik təhlillər göstərir ki, Naftalana gələn xarici turistlərin ildən-ilə həm sayı artır, həm də coğrafiyası genişlənir. 

 Səmimi qonaqpərvərliyə görə məmnunluğunu ifadə edən cənab Kocaş bildirib ki, ilk gündən “PMD Hospitality”-nin məqsədi Azərbaycanın qeyri-neft sektorunun böyüməsi və turizm ekosisteminin inkişafında töhfəsi olaraq müxtəlif otelçilik aktivlərini yaratmaq, yerli peşəkar insan resurslarını artırmaq, korporativ sosial məsuliyyəti təmin etməkdir.

 Bizdə öz növbəmizdə sürətlə inkişaf edən tibbi turizm və sağlamlıq məkanı Naftalanda otelçiliyin inkişafında əlimizdən gələni əsirgəmirik.

Seçilən
82
naftalan-ih.gov.az

1Mənbələr