AZ

Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi (YENİLƏNİB/FOTO)


Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponin etimadnaməsini qəbul edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
 
Prezident həmçinin Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Hacirinin etimadnaməsini qəbul edib.
 
Prezident bu gün ryni zamanda Benin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Akambi Andre Okunlola-Biaunun, Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vayno Reynartın və Danimarka Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Toftun etimadnaməsini qəbul edib.

Seçilən
4
9
nuh.az

10Mənbələr