AZ

“Elə olub lüks hoteldə qalmışıq, elə olub Ağdamda yerdə yatmışıq”

“Bir başqa tərəfdən yanaşaq. Reallıqdır ki, bizdə qonorar azdır”.

Dərgi.az xəbər verir ki, bu sözləri “Pərvizə görə” layihəsində aktyor Elşən Orucov deyib.

O, kino sektorundakı qonorar azlığından danışıb:

“Bu gerçəklə barışmalısan. Sənə bir iş təklifi gəlir. Əgər bu keyfiyyətli işdirsə, qonorar ikinci planda qalmalıdır. Çünki keyfiyyətli iş sənə qazanx gətirəcək. Bundan sonraki sənə gələn təkliflər var. Yoxsa oturum, gözləyim ki, mənə yüksək qonorarlı iş gələcək. Onda da işləmədikcə paslanırsan. Onda sonra otur evdə de ki, yaxşı aktyoram, müğənniyəm, qədrimi bilmədilər. Belə olmur. Yaşadığın cəmiyyətdə reallıqları bilməlisən. Öz qədrini bilməlisən. Pul oldu-olmadı öz işinlə məşğul olmalısan. Elə dostlarımız var ki, deyirlər, mənə təklif gəlmədi, ya da yaxşı qonorat təklifi gəlmir. Deyirəm, sən həmin adamın işi ilə razısan? Deyir, hə, keyfiyyətli iş görür. Deyirəm, onda get işini gör. Axı həm də narazısan ki, reklam təklifi də gəlmir. Çünki ortada yoxsan. Bu acı reallıqdır. İnsan unutqandır. Bu gün varsansa, varsan, yoxsansa, yox. Yanaşma düzgün olanda hər şey yoluna düşür. Məsələn, həyatımda iki il ara verdiyim vaxt olub. Heç bir işlə məşğul olmamışam. Fəlidən sonra bir il yarım ara verdim. Heç vaxt da şikayət etmədim. Çünki bu, məndən asılı idi. İnsanlar bəlkə də fikirləşirlər ki, başladığımız gündən biz qaz vurub qazan doldurmuşuq. Heç vaxt belə bir şey olmayıb. Amma işimizdən həmişə razı olmuşuq. Çünki getdiyimiz yolu bilmişik ki, bizi nə gözləyir. Elə olub lüks hoteldə qalmışıq, elə olub Ağdamda yerdə yatmışıq. Heç gəlir əldə etməmişik. Bundan da şikayət etməmişik. İnsanlar sevib bizi. Ondan başqa uğurlar qazanmışıq. Reklama çəkilmişik və sairə”.

Seçilən
58
4
dergi.az

5Mənbələr