AZ

Sosial Tədqiqatlar Mərkəzinin monitorinqi: Dövlət orqanlarının zəng cavablandırma faizləri ...

Sosial Tədqiqatlar Mərkəzinin apardığı monitorinqə əsasən, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin stasionar nömrələrinə edilən günün birinci və ikinci yarısında ümumilikdə zənglərin 45.5%-nə cavab verilib, 54.5%-nə cavab verilməyib. Günün birinci və ikinci yarısında stasionar əlaqə vasitəsi üzrə zənglərin cavablandırılmasında orta müddət 19 saniyə olub.

 

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin qaynar xətti üzrə zənglərin mütləq əksəriyyəti cavablandırılıb. Nəticələri faizlə ifadə etsək, ümumilikdə günün birinci və ikinci yarısında cavab verilmiş zənglər 95.5%, cavab verilməmiş zənglər 4.5% olub. Günün birinci yarısında zənglərə cavab vermədə orta müddət 1 dəqiqə 48 saniyə, günün ikinci yarısında 1 dəqiqə 16 saniyə olub.

 

 

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin qaynar xəttinə  (stasionar nömrəsi yoxdur) monitorinq müddətində günün birinci və ikinci yarısında edilən bütün zənglər cavablandırılıb.

Günün birinci yarısında  zənglərin cavablandırılmasında orta müddət 39 saniyə, ikinci yarısında 40 saniyə olub.

 

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 22 may – 27 iyun 2024-cü il tarixində 39 dövlət orqanı (qurumu) və 77 yerli icra hakimiyyəti orqanı olmaqla ümumilikdə 116 dövlət orqanının (qurumun) stasionar və qaynar xətlərinə təqribən 3500-ə yaxın zəng edilib. Monitorinqin nəticələrinə əsasən, stasionar nömrələr və qaynar xətlər üzrə ümumilikdə 1927 zəngə (59.2%) cavab verilib, 1328 zəngə (40.8%) cavab verilməyib. 198 zəng üzrə nömrə məşğul olub və ya aktiv olmayıb.

Monitorinq çərçivəsində dövlət orqanları (qurumları) üzrə 25 mərkəzi icra hakimiyyəti orqanının stasionar və qaynar xətlərinə edilən zənglərin ümumilikdə 68.4%-nə  (617 zəng) cavab verilib, 31.6%-nə  (285 zəng) cavab verilməyib. Dövlət orqanlarının (qurumlarının) və yerli icra hakimiyyəti orqanlarının kommunikasiya xətlərinin günün birinci və ikinci yarısında olmaqla ikimərhələli şəkildə monitorinqi həyata keçirilib.

Monitorinq çərçivəsində edilən bütün zənglərin video qeydiyyatı aparılıb. Monitorinq yekunlaşdıqdan sonra toplanılan məlumatlar qurumlar və kateqoriyalar üzrə təsnifatlaşdırılıb. Müvafiq qurumlar üzrə təsnifatlaşdırılan məlumatlar bazaya daxil edilərək xüsusi proqram SPSS – (Sosial Elmlər üzrə Statistik Proqram Paketi) vasitəsilə təhlil edilib və yekun nəticələr əsasında hesabat hazırlanıb.

Seçilən
10
14
qht.az

10Mənbələr