AZ

ABŞ eyni vaxtda iki ölkəyə silah verə bilməyəcək

ABŞ

ABŞ-nın eyni vaxtda həm İsrailə, həm də Ukraynaya silah yardımı uzun müddət davam edə bilməz. Hərbi analitiklərin fikrincə, Ukraynaya yardım dayandırılacaq.

Reyting.az
“The Telegraph” nəşrinə istinadla bildirir ki, ABŞ İsraildə THAAD - raketdən müdafiə sistemi yerləşdirməklə Təl-Əvivin raket çatışmazlığını aradan qaldırmaq üçün fəal işləyir.

Ekspertlər isə hesab edirlər ki, bu tədbirlər kifayət etməyə bilər, çünki ABŞ eyni vaxtda həm İsrailə, həm də Ukraynaya müdafiə silahları verməyə məcburdur.

ABŞ Müdafiə Nazirliyinin keçmiş rəsmisi Dana Stroul jurnalistlərə deyib ki, İran cavab verərsə (kütləvi hava hücumu) və “Hizbullah” ona qoşularsa, İsrailin hava hücumundan müdafiə sistemi ciddi təzyiq altında olacaq. O, ABŞ-nın hər iki ölkəyə silah tədarükünün hazırkı həcmini uzun müddət saxlaya bilməyəcəyini vurğulayıb.

“Biz qırılma nöqtəsinə yaxınlaşırıq”, - deyə hərbçi xəbərdarlıq edib.

Yeri gəlmişkən, belə bir açıqlama İsrailin İranın raket zərbələrinə cavab tədbirləri görməyə hazırlaşdığı bir vaxtda verilib. ABŞ və İsrail rəsmiləri hesab edirlər ki, zərbə regionda yeni eskalasiyaya səbəb ola bilər.

ELÇİN
Seçilən
11
50
reyting.az

10Mənbələr