Bu gün Vətən Müharibəsi şəhidi Əzizov Elçin Əvəz oğlunun anım günü münasibətilə mərasim keçirildi. Şəhidin ailə üzvləri, AZQMƏVŞAİB Cəbrayıl rayon filialının sədri Səbuhi Hüseynov, filialın üzvləri, deputatın köməkçisi Rəşad Quliyev, Cəbrayıl Rayon İcra Hakimiyyətinin nümayəndəsi Abbaslı Abbas şəhidin məzarını ziyarət etdilər. İkinci Fəxri xiyabanda baş tutan ziyarət zamanı şəhidin ruhuna dualar oxunub, onun xatirəsi ehtiramla anılıb.
Əzizov Elçin Əvəz oğlu Vətən Müharibəsi zamanı göstərdiyi igidliklə Vətənə sonsuz bağlılığını və qəhrəmanlığını sübut etmişdir. Onun kimi qəhrəmanlarımızın şücaəti və fədakarlığı xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlər Vətənimizin və xalqımızın qürurudur!