AZ

Nazir bu məktəbə yeni direktor təyin etdi

Bakının Xətai rayonunda yerləşən 257 saylı məktəbə yeni direktor təyin edilib.

Milli.Az xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifə Ruslan Nağıyevə həvalə olunub.

Qeyd edək ki, bundan əvvəl sözügedən məktəbin direktoru Qarat Qaratov idi. O, iki ay öncə yaş senzi ilə əlaqədar, öz ərizəsi ilə vəzifədən azad edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
9
9
milli.az

10Mənbələr