Qusar rayonunda şəhidlərimizin xatirəsi anım tədbiri ilə yad edildi. Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, millət vəkili Azər Badamov, yerli idarə və təşkilatların nümayəndələri, eləcə də AzQMƏVŞAİB Qusar filialının üzvləri iştirak etdilər.
Mərasim zamanı şəhidlərimizin ruhuna dualar oxundu, onların Vətən uğrunda göstərdiyi şücaət və fədakarlıq bir daha vurğulandı. İştirakçılar şəhid ailələrinə dərin hörmət və ehtiramlarını bildirərək, onların hər zaman xalqımızın qəlbində əbədi yaşayacağını qeyd etdilər.
Tədbir, vətən uğrunda canından keçən qəhrəmanlarımızın unudulmaz xidmətlərinin daim xatırlanacağını bir daha göstərdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!