AZ

Yol vergisi üzrə proqnoz 12 % artırılır

2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 142,8 milyon manatının və yaxud 0,4 %-nin yol vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

"İki sahil" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 12,1 % çoxdur.

Yol vergisi üzrə daxilolmaların 105,8 milyon manatını və yaxud 74,1 %-ni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 37 milyon manatını və yaxud 25,9 %-ni isə Dövlət Gömrük Komitəsi təmin edəcək. Bunlar isə 2023-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən müvafiq olaraq 17 % çox və eynidir.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.

Seçilən
8
46
ikisahil.az

10Mənbələr