AZ

İsrail İranın hücumuna cavab planı hazırdır: CNN hücumun vaxtını öyrəndi

İsrail İranın hücumuna cavab hazırlayıb. Amerikalı diplomatlar bunun ABŞ prezident seçkilərindən əvvəl baş verəcəyini gözləyirlər.

Bu barədə Qaynarinfo CNN-ə istinadən xəbər verir.

Telekanalın anonim mənbəsi bildirib ki, oktyabrın 1-də baş vermiş hücuma İsrailin cavab planı artıq hazırdır.
CNN də şərh üçün İsrail Müdafiə Nazirliyinə müraciət edib.

Baş nazir Benyamin Netanyahu da daxil olmaqla İsrail rəsmiləri ABŞ-ı əmin ediblər ki, İrana qarşı əks-hücum neft və ya nüvə obyektlərinə deyil, hərbi hədəflərlə məhdudlaşacaq.

Eyni zamanda, nəşrin yazdığına görə, Amerika rəsmiləri noyabrın 5-i ABŞ prezident seçkiləri gününə qədər İsrailin İran hücumunun qisasını alacağını gözləyir.

Nizami Bağırov
Seçilən
10
7
qaynarinfo.az

10Mənbələr