AZ

ABŞ Yəməndə husilərin beş yeraltı silah anbarına zərbələr endirib

ABŞ ordusu Yəməndə Ənsar Allah hərəkatının husilərin nəzarətində olan beş yeraltı silah anbarına zərbələr endirdiyini bildirib.

ABŞ Müdafiə Naziri Lloyd Ostin verdiyi açıqlamada , "Bu gün ABŞ qüvvələri, o cümlədən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-2 bombardmançıları Yəməndə husilərin nəzarətində olan ərazidə beş möhkəmləndirilmiş yeraltı silah anbarına dəqiq zərbələr endiriblər", - deyə qeyd edib.

Nazirlik rəhbəri qeyd edib ki, anbarlarda husilərin bölgədəki mülki gəmilərə və hərbi gəmilərə hücum etmək üçün istifadə etdikləri tipli silahların müxtəlif komponentləri var.

Seçilən
28
7
aznews.az

10Mənbələr